Muəllif:

Saakaşvili Gürcüstana sərbəst gəlib-gedə bilər: fəqət Yanukoviç Ukraynaya…

Mixail Saakaşvili Gürcüstan vətəndaşıdır və o, vətəninə qayıda bilər. Vaşinqtonda Atlantika Şurasında çıxışı zamanı Gürcüstanın baş naziri İrakli Qaribaşvili jurnalistlərin suallarını cavablandırarkən deyib ki, sabiq prezidentin Gürcüstana qayıtmasını əngəlləyə biləcək maneələrin olmadığını bildirib.

“Saakaşvili Gürcüstan vətəndaşıdır, ölkəsinə niyə də qayıtmasın? O, prezident seçkilərindən sonra ölkəni tərk edib. Mən sizə deyə bilmərəm ki, gürcü xalqı Saakaşvili üçün daxırır. Lakin onun vətənə dönüşünü əngəlləyən amillər də yoxdur”, — deyə o vurğulayıb.

Saakaşvili hakimiyyətə kişi kimi gəldi, adam balası kimi getdi, fəqət Yanukoviç başqaının dətəyi ilə gəldi, özünü «sovet baraxlosu» kimi apardı, xalqının istəyini və qətiyyətini anlaya bilmədi və ya anlamaq istəmədi, qan tökdü. Onu rəzil bir sifətdə qovdular,  qaçıb yadlara, onun ölkəsini parçalamaq istəyənlərə   sığındı. İndi Ukraynaya nə üzlə qayıda bilər? Cəsarəti çatır qayıtsın…  Haqqında beynəlxalq axtarış elan edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 124