Rüstəm İbrahimbəyov “Slovo” mükafatına layiq görüldü
Tanınmış kinodramaturq “Oskar” mükafatı almış “Moskva göz yaşlarına inanmır” filminin ssenari müəllifi Valentin Cernıxın xatirəsinə təsis ediilmiş “Slovo” (Söz) mükafatını təqdimetmə mərasimi olub.
Kann laureatı məşhur dramaturq Yuri Arabovun rəhbərlik etdiyi Münsiflər Heyətinə məşhur kinematoqrafçılar Fedor Bondarcuk, Yelena Yasura, kino aktrisa Vera Qlaqoleva , tanınmış kino tənqidççisi Viktor Matizen daxildir.
Moskvada Mərkəzi Rəssamlar Evində keçirilən mərasimdə laureatlar elan edilib. Qaliblər arasında “Ən yaxşı diplom işi üçün ssenari” nominasiyasında ÜDKİ-nin məzunu Yeqor Kerov, “Ən yaxşı debüt ssenarisi” nominasiysında Yekaterina Mavromatis var.
Tədbirdə xüsusi mükafatlar da təqdim edilib. Belə ki, “Peşəyə sədaqət” nominasiyasının qalibi, “Oskar” mükafatına layiq görülmüş “Günəşdən usanmışlar” filminin ssenari müəllifi Rüstəm İbrahimbəyov olub. Rüstəm İbrahimbəyov Azərbaycan Kinematoqrafçılar ittifaqının və MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədridir.
Onun ssenariləri əsasında çəkilmiş filmlər Kann və Venetsiyada keçirilən Beynəlxalq kinofestivallarının qalibi olub və Amerika Kino Akademiyasının “Oskar” mükafatına layiq görülüb. “Azərbaycanfilm”də iistehsal olunmuş , bir qayda olaraq aktual sosial mənəvi problemləri qaldıran “İstintaq”, “Ölsəm bağışla”, “Bağlı qapı arxasında”, “Ad günü”, “Həm ziyarət həm ticarət” filmləri bir necə nəsil kino tamaşaçılarımızın sevimli filmləridir, deyə Turanın xəbərində deyilir.