Muəllif:

Ruslara yanacaq satan kapitanların etirafları

Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus “İslam Səfərli” yük gəmisinin kapitanı Həşim Həsənovun, gəmi kapitanının köməkçisi Səyyad İbadullayev və baş mexanik Ayməddin Əmiraslanovun cinayət işi üzrə məhkəmə davam edib. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

İttihama görə, “İslam Səfərli” yük gəmisinin kapitanı Həşim Həsənovun, gəmi kapitanının köməkçisi Səyyad İbadullayevin və gəmi heyətinin digər üzvü Ayməddin Əmiraslanovun 7 aprel 2013-cü ildə Rusiya Federasiyasının bayrağı altında üzən “Kuban” gəmisinin kapitanı ilə aralarında şifahi razılaşmaı olub. Onlar həmin razılaşmaya əsasən, 3.800 ABŞ dollarına 40 ton xam neft və 18 ton mazutu «Kuban” gəmisinə yükləyiblər. Onlar həmçinin gəminin saxlanc yerindəki 6 ton dizel yanacağını 1.800 ABŞ dollarına satıblar.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Həşim Həsənov ittiham üzrə özünü qismən təqsirli bilib. O, deyib ki, aprelin 1-də “Səngəcal” terminalında gəminin yükünü boşaldandan sonra mazut gətirmək üçün göstəriş alıb. Onun sözlərinə görə, gətirəcəkləri mazut “Meridian” firmasına məxsus olub. Gəmidə olan mazut və yaxud neft məhsullarının qeydiyyata alındığını deyən gəmi kapitanını sözlərinə görə, aprelin 2-də mazut gətirmək üçün “Türkmənbaşı” limanına gediblər: “Həmin limanda da bizim gəmidə yoxlamalar olub. “Meridian” firmasına məxsus olan mazut tranzit yük idi. Həmin yükü Bakıya gətirmişdik, Bakıdan isə Gürcüstana aparacaqdılar. Gürcüstandan hansı ölkəyə aparılacağını bilmirik. Biz “Türkmənbaşı” limanında mazutu yükləyəndən sonra aprelin 6-da Bakıya yola düşdük. Yolda Səyyad mənim olduğum otağa gəldi və Rus bayrağı altında üzən gəminin yanacağı qurtardığını, həmin gəmiyə yanacaq verilmək lazım olduğunu dedi. Əvvəlcə yanacaq verməyəcəyimizi dedim. Səyyad ikici dəfə yenə də gəldi və həmin gəmiyə yanacaq lazm olduğunu bildirdi. Səyyada dedim ki, baş mexaniklə birlikdə yardım göstərin. Bundan sonra Səyyad Ayməddinlə danışdı və həmin gəmiyə xəbər verdilər”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, dünya konvensiyası əsasında dənizin ortasında yanacağı bitmiş və yaxud yanğınla üzləşən gəmiyə köməklik göstərməyə borcludurlar: “Azərbaycanda həmin konvensiyaya imza edib. Həmin gün bizdən başqa bir ökənin gəmi heyəti dənizin ortasında yardım istəyib. Bizdə köməklik göstərmişik”.

Həşim Həsənov deyib ki, gəmiyə yanacaq veriləndən sonra baş mexanikin əlində pul görüb: “Ondan həmin pulun nə olduğunu soruşdum. Dedi ki, pulu “Kuban” gəmisinin kapitanı verib. Ayməddin həmçinin bildirib ki, gəminin kapitanı 2 telefon nömrəsi verib və həmin telefonun sahibi Nadir adlı şəxsdir. Nadirdən əlavə olaraq 2 min dollar almaq lazım olduğunu dedi. Ayməddinə həmin pulu otağımda olan seyfə qoymasını və Nadirlə əlaqə saxlayaraq həmin pulu da almaq göstərişini verdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, “Meridian” firması “İslam Səfərli” yük gəmisini arendaya götürüb. O, əlavə edib ki, gəmi həm Səngəçal terminalında, həm də Türkmənbaşı limanında yoxlanılıb: “Bundan başqa, gəmi sərhədçilər və gömrük əməkdaşları tərəfindən də yoxlanılıb Gəmidə artıq yük  müəyyən edilməyib. “Kuban” gəmisinin kapitaına verdiyimiz mazut çirkab suları ilə qarışıq olan yanacaq olub. Bunu “Kuban” gəmisinin kapitanı da bilib. Həmin çirkab sulları ilə olan yanacaq istifadəyə yarasız olub. Gəmi təmirə dayananda həmin yanacaq boşaldılır. Təmirə dayanmayan gəmilərdə isə həmin çirkab suları ilə olan yanacaq Aralıq və yaxud digər dənizlərdə boşaldılır. Həmin çirkab suları ilə qarışıq olan yanacağı “Kuban” gəmisinin kapitanı niyə alıb? Bunu mən bilmirəm”.

Təqsirləndirilən şəxs daha sonra əlavə edib ki, gömrükdən kənar əlavə yükün keçirilməsi mümkün deyil. Onun sözlərinə görə, gəmidə “Meridian” firmasına məxsus yükdən əlavə yük olmayıb. Daha sonra ifadə verən Səyyad İbadullayev elan olunmuş ittihamda özünü qismən təqsirli bilib. Onun bildirdiyinə görə, vəzifəsi gəmidə kapitanın əmirlərini yerinə yetirmək olub. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. Təqsirləndirilən bildirib ki, “Türkmənbaşı” limanından çıxandan sonra yolda “Kuban” gəmisinin heyəti ilə rastlaşıblar: “Həmin vaxt gəminin yanacağı qurtarmışdı. Biz də onları çətin vəziyyətdə qoymaq istəmədik. Bununla bağlı gəmi kapitanına məruzə etdim. Kapitanda dedi ki, bilmirəm, baş mexaniklə danışın və işi həll edin”.

Səyyad İbadullayev deyib ki, “solyarka”nın  tonunu 300 dollara, mazutun tonunu isə 50 dollara razılaşıblar. Onun sözlərinə görə, satdıqları neft çirkli su ilə qarışıq olub. Ayməddin Əmiraslanov ittiham üzrə özünü təqsirli bilməyib. Daha sonra şahidlər dindirilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 234