Muəllif:

Ruslar oğurladıqları hərbi hissə komandirini Sevastopolda həbsdə saxlayırlar

Ukraynanın Belbek şəhərində oğurlanmış hərbi hissə komandiri Yuli Mamçur həbs edilərək Sevastopoldakı hərbi həbsxanaya salınıb.  Yuli Mamçurun həyat yoldaşı bildirib ki, Yuli Mamçur ona zəng edərək həbs olunduğunu və Sevastopoldakı hərbi həbsxanaya gətirildiyini bildirib. Bu sözləri dedikdən dərhal sonra telefon əlaqəsi kəsilib.

Bundan əvvəl Yuli Mamçurun Rusiya hərbçiləri tərəfindən oğurlandığı bildirilirdi.

Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə media mərkəzinin rəhbəri Vladislav Seleznev bildirib ki,  Yuli Mamçuru sonuncu dəfə aviabazaya edilən hücumdan sonra, hərbi geyimdə olan naməlum şəxslə söhbət edərkən görüblər.  Qeyd edək ki, martın 22-də Rusiya ordusu Ukraynanın Belbek şəhərindəki hərbi hissəsini ələ keçirib.

Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin Aleksandr Pokrışkin adına 204-cü taktiki aviasiya briqadasının ərazisinə həyata keçirilmiş hücum zamanı KİV əməkdaşı və Ukrayna hərbçisi yaralanıb.

“Rusiya xüsusi təyinatlıları, ənənəvi olaraq, Ukrayna hərbçilərinə ultimatum irəli sürüb, sonra isə silah və işıq-səs qumbaralarından istifadə edərək, hərbi texnikanın köməyi ilə darvazanı uçurub hərbi hissənin ərazisinə daxil olublar. Hücum zamanı mətbuat nümayəndəsi və Ukrayna hərbçisi bədən xəsarətləri alıb, yaralılar “təcili yardım” maşını ilə xəstəxanaya aparılıb”, deyə açıqlamada bildirilib.

Nəticədə, Ukrayna hərbçiləri silahı hərbi hissədəki silah və döyüş sursatı saxlanılan otağa təhvil verərək Ukrayna dövlət himninin sədaları altında hərbi hissəni tərk etməyə məcbur olublar.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 150