Muəllif:

Rusiyaya artıq heç kim inanmır

Rusiyaya artıq heç kim inanmır — son həftələrin bu reallığını BMT Təhlükəsizlik Şurasının iclasında Fransa təmsilçisi Jerar Aro səsləndirib. O, Moskvanı Ukraynanın şərqindəki hadisələrlə rus qoşunlarının bu və ya digər formada əlaqəsini inkar etməməyə çağırıb.

“Biz görürük ki, Ukraynanın şərqində zorakılığın artması qəflətən baş verməyib. Biz görürük ki, burada Krım ssenarisi gerçəkləşir. Öncə Rusiya meyilli aqressiv insanlar meydana çıxır, sonra hazırlıq keçmiş silahlı insanlar peyda olur. Bütün bunlar internet vasitəsi ilə yayımlanır. Rusiyanın etirazlarına rəğmən, ona artıq heç kim inanmır. Rusiya internetin mövcudluğunu dərk etmir və reallığı inkar edir”, — deyə o vurğulayıb.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 156