Rusiyada yaxalanan terrorçular arasında bir Azərbaycan vətəndaşı da var
Rusiya Milli Antiterror Komitəsinin yayığı məlumatda bildirilib ki, hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində terror törətməkdə şübhəli bilinən 25 yaşlı Azərbaycan vətəndaşı Murad Atayev, 22 yaşlı Ramazan Xalizov, 60 yaşlı Vladimir Xalizov, 22 yaşlı Şamil Əbdüləzizov, 22 yaşlı Maqomed İbrahimov, 25 yaşlı Şamil Qazimaqomedov yaxalanıblar. İlkin təhqiqat zamanı adı çəkilən şəxslər məlum hadisəni törətdiklərini etiraf ediblər. Onlar ilkin ifadələrində törətdikləri terror aktından daha böyük terror aktı planlaşdırdıqlarını bildiriblər.
Faktla bağlı RF CM 105,205 v. 317-ci maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
Azərbaycan DİN də öz növbəsində bu məsələ ilə bağlı araşdırma apardıqlarını bildirmişdir. Ötən ilin dekabrın 27-də Pyatiqorsk şəhərinin Çerkassk prospektində yerləşən Dövlət Yol Patrul Xidmətinin binası yaxınlığında güclü partlayış baş verib. Nəticədə 3 nəfər ölüb. Terror hadisəsi əldəqayırma partlayıcı vasitə sayəsində həyata keçirilib. Cinayətkarların daha irimiqyaslı terror hadisəsi törətmək niyyətində olduqları, lakin bunu həyata keçirə bilmədikləri müəyyən olunub.