Muəllif: Redaksiya
Rusiyada vətəndaşlıq almağın şərtləri çətinləşir
Rusiyada vətəndaşlıq almaq istəyən əcnəbilər bu ölkəyə 10 milyon rubl sərmayə qoymalı olacaq. Bəlli olur ki, Rusiya İqtisadiyyat Nazirliyi və Federal Miqrasiya Xidməti əcnəbilərə Rusiya vətəndaşlığı verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlayır.
Layihədə Rusiya iqtisadiyyatına 10 mln. rubl (287,4 min dollar) sərmayə qoyan əcnəbilərə ölkə vətəndaşlığı verilməsi nəzərdə tutulur.
Bundan başqa, Rusiyanın kollec və ali təhsil məktəblərini bitirən, Rusiyada ən azı 3 il işləyən əcnəbi tələbələrə də vətəndaşlıq veriləcək.
“Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinə düzəlişlər artıq hökumətin müzakirəsindən keçib və yaxın vaxtlarda Dövlət Dumasının müzakirəsinə çıxarılacaq.
Bölüm: Dünya
Oxunma sayı: 393