Rusiya Ukrayna ilə bağladığı anlaşmaları bir-bir ləğv edir: qazın satış qiyməti 385,5 dollara qalxdı
Rusiya Parlamentinin üst qanadı olan Federasiya Şurası Rus Qara Dəniz donanmasının Krımda qalmasına qarşılıq olaraq Ukraynaya təbii qaz endirimini təmin edən anlaşmanın dayandırılmasına qərar verib.
Şura növbədənkənar toplantısında Vladimir Putinin Rus Qara Dəniz Donanmasının Ukraynada yerləşdirilməsi ilə ilgili Kiyevlə bağlanmış bəz1 anlaşmaların ləğvinə dair təklifini müzakirə edib. Parlamentin alt qanadı Dumada olduğu kimi Federasiya Şurası da layihəbi bir səslə qəbul edib.
Rusiya xarici işlər nazirinini müavini Qriqori Karasin toplantıdakə nitqində «Rusiya və Ukrayna arasında 1997 və 2010-şu illərdə imzalanan Qara Dəniz Donanması ilə ilgili anlaşmaların ləğvinden sonra Ukraynanın Rusiyaya borcunun 10-11 milyard dollar olduğunu» irəli sürüb
Rusiya Qara Dəniz Donanmasının 2042-ci ilə qədər Sevastopolda qalması qərarlaşdırılmış, Rusiya buna qarşılıq olaraq Ukraynaya satdığı təbii qazın qiymətini endirmişdi.
Qazprom rəhbəri Aleksey Miller Ukraynaya min kubmetri 268,5 dollara satılan qazın qiymətinin bu gündən etibarən 385,5 dollara qalxdığını bildirmişdir.