Muəllif: Redaksiya
Rusiya öz qapısını 530 min miqrantın üzünə bağlayıb
Rusiya arzuedilməz miqrantlardan yaxasını qurtarmağın yolunu tapıb. Ötən ildən bəri Rusiya qanunlarını pozmuş 500 mindən artıq əcnəbi vətəndaşın ölkəyə girişi yasaq edilib. Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovskiyə istinadən, bu gün ölkənin sərhədləri təqribən 530 min əcnəbi vətəndaş üçün bağlıdır. Bunun 20 faizi Moskva idarəsinin işinin nəticəsidir.
Belə bir radikal addımın nəticəsində ölkədə kriminogen durumun yaxşılaşacağı gözlənilir.
Bölüm: Dünya
Oxunma sayı: 114