Rusiya Krımı NATO-nun acığına özünə birləşdirib…
Krım və Ukraynanın şərq vilayətlərində baş verənlərin pərdəarxası bəlli olub. Rusiya Krımı NATO-nun acığına özünə birləşdirib və digər vilayətləri də bu acığa hədələyir…
Hər halda, Rusiya Ukraynadakı rusların maraqlarını həmişə siyasi, diplomatik və hüquqi metodlarla qoruyacaq. Bu fikri Rusiya Federasiya Şurasına müraciətində Rusiya prezidenti Vladimir Putin səsləndirib. O, Ukrayna xalqına zərər vermək istəmədiyini vurğulayıb. “Sizi Rusiya ilə qorxudanlara inanmayın. İnanmayın ki, Krımın ardınca digər bölgələr gedəcək, bu, bizə lazım deyil. Krım isə strateji bölgədir. Bu bölgə güclü və davamlı suverenliyin nəzarətində olmalıdır, bu rolda yalnız Rusiya çıxış edə bilər”.
Rusiya prezidenti onu da bildirib ki, Ukrayna ilə bağlı məsələdə Qərb qüvvələri kobud və qeyri-peşəkar mövqe sərgiləyib. Ukraynanın NATO-ya mümkün qəbuluna gəldikdə isə Putin bunu Rusiyanın cənubu üçün təhlükə kimi dəyərləndirib: “Biz istəmirik ki, qonşuluğumuzda NATO qüvvələri olsun”.