Rusiya Federasiya Şurası Ukrayna ərazisinə qoşun yeridilməsinə razılıq verdi
Gözlənildiyi kimi, Rusiya Federasiya Şurası Ukrayna ərazisinə qoşun yeridilməsinə razılıq verib. Bu haqda Federasiya Şurasının iclasında qərar qəbul edib.
Vladimir Putin Ukraynanın Krım Muxtar Respublikasına qoşun yeritmək üçün Federasiya Şurasına müraciətində «Ukraynada ictimai-siyasi vəziyyət normallaşanadək qoşunların Krımda qalmasının zəruriliyi» belə əsaslandırılır:
“Ukraynada yaranmış vəziyyətlə əlaqədar Rusiya vətəndaşlarının, soydaşlarımızın, Qara dəniz donanması şəxsi heyətinin həyatı təhlükədədir. Bu üzdən də Ukraynada ictimai-siyasi vəziyyət normalaşanadək Rusiya Silahlı Qüvvələrindən bu ölkənin ərazisində istifadə üçün Rusiya Federasiya Şurasına müraciət edirəm”.
Qoşun yeridilirsə, vəziyyət heç vaxt normallaşmayacaq, Ukrayna bu vilyətləri ilə vidalaşmalı olacaq. Yaşayarıq görərik.