Muəllif:

Rusiya əcnəbilərə qarşı məhdudiyyətləri açıqladı

Rusiya Federasiyasına giriş-çıxışla bağlı qanuna bir sıra dəyişikliklər edilib. RF Azərbaycan səfirliyinə istinadən, yeni qaydalara əsasən, Rusiyada qalma müddətini pozan və ya 3 ildə iki dəfədən çox inzibati məsuliyyətə cəlb olunan əcnəbi vətəndaşlara RF ərazisinə giriş 3 illik qadağan oluna bilər.

Bir il ərzində ölkə ərazisində qalma müddətini bir neçə dəfə və ya əmək fəaliyyətinin aparılması qaydalarını pozan, habelə ən azı iki dəfə inzibati məsuliyyətə cəlb edilən xarici vətəndaşlar isə 5 il müddətinə bu hüquqdan məhrum olunacaq.

Rusiya ərazisindən inzibati, habelə digər səbəblərə görə deportasiya olunan əcnəbilərə də ölkəyə giriş 5 il müddətinə qadağan ediləcək.

RF ərazisinə girişlə bağlı məhdudiyyəti olan şəxslər haqqında ətraflı məlumat isə Federal Miqrant Xidmətinin internet-portalının (www.fms.gov.ru) «İnformasiya servisləri» bölməsində yerləşdiriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 135