Muəllif:

Roman Kokorevdən «iştahlı» yazı: Bütün keçmiş torpaqlar Rusiyanın tərkibinə qayıdacaq

İştah diş altındadır deyiblər. Rusiyanın AŞ nümayəndəsinə də iştah gəlib. Bu fikirdədir ki, Moldova, Ukrayna, keçmiş SSRİ-nin digər respublikaları, habelə Alyaska, Baltikyanı ölkələr, Finlandiya və Polşa Rusiyanın tərkibinə qayıdacaq… Nə az, nə çox…

Bunu “Facebook” sosial şəbəkəsində Polina Qodoroq adlı şəxslə dialoq zamanı Rusiyanın Avropa Şurasındakı nümayəndəsi Roman Kokorev yazıb. O qeyd edib ki, hazırda Rusiya öz hərbi gücünü bərpa edir.

«1991-ci ildə dövlət cinayəti nəticəsində Rusiya əsrlər boyu qazandığı torpaqları itirdi. Bu cinayət hələ də davam edir. Lakin qısa zamanda hər şey öz yerinə qayıdacaq», — deyə o düşünür.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 204