Muəllif:

Rəssam sağ əlindən və sağ qolundan yaralanıb

Kiyevdə baş verən iğtişaşlar zamanı Ukraynada tanınan azərbaycanlı rəssam Rasim Seyidimov yaralanıb. . Seyidimovun özünün APA-ya dediyinə görə, hadisə ötən gün saat 04:00 radələrində olub.  Əslən  Şəki şəhərindən olan Seyidimov qeyd edib ki, hadisə yaxınlığında yaşadığı hadisələrin mərkəzi olan Maydanda, “Qlobus”un yanında baş verib:

“Maydanın tam yaxınlığında yaşadığım üçün gecələr yaxın dostumla aksiyaları izləmək üçün həmin əraziyə çıxırdım. Ötən gecə də növbəti dəfə səs-küyə yata bilməyib evdən aşağı düşdüm. Dostum da gəldi. “Qlobus”un yanından keçərkən qəflətən yaxınlığımda olan kütləyə “Berkut” xüsusi təyinatlıları hücum etdi, güllə və səs qumbaraları işə düşdü. Bu zaman qəflətən mənim də yaxınlığımda bir səs qumbarası partladı. Huşumu itirdim və ayılanda dostumun məni evə gətirdiyini gördüm. Sağ əlimdən və sağ qolumdan yaralanmışam. Elə evdəcə tanış həkimlərin köməyi ilə yaralarıma tikiş vuruldu, indi özümü yaxşı hiss edirəm. Hazırda da rəsm studiyamın da yerləşdiyi evimdəyəm, artıq həyatıma təhlükə yoxdur”.

Seydimov 20 ildən çoxdur  Ukraynada yaşayır və ölkə üzrə tanınmış rəssamdır. Onun bir sıra iri sərgiləri olub. Seydimov o cümlədən hər il 20 Yanvar və Xocalı faciələrinin ildönümü Kiyevdə hadisələr ilə əlaqədar sərgilər keçirir. Fevralın 21 – ə də Ukrayna Azərbaycanlı Gənclər Birliyi ilə birgə Xocalı soyqırımına aid növbəti sərgi hazırlanmasına baxmayaraq baş verən hadisə ilə bağlı sərgi təxirə salınıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 138