Muəllif:

Refat Çubarovun atasının ölüm səbəbləri araşdırılır

Krım Tatar Milli Məclisinin başqanı Refat Çubarovun dünən dünyasını dəyişən atası Abdurrahman Çubarovla vida mərasimi keçirilib. APA-nın xəbərinə görə, dəfn mərasimi Abdurrahman Çubarovun yaşadığı, Simferopolun 130 kilometrliyində yerləşən Privolnaya kəndində keçirilib. Cənazə onun yaşadığı evdən qaldırılıb və kənddə dəfn edilib. Vida mərasimində rəsmi şəxslər, Krımda yaşayan xalqların, o cümlədən Azərbaycan diasporunun təmsiçiləri iştirak edib.

Abdurrahman Çubarovun meyiti dünən Ukrayna vaxtı ilə saat 16 radələrində yaşadığı evdə tapılıb. Çubarovun yaxınlarının bildirdiklərinə görə, 84 yaşlı Abdurrahman Çubarov ailə üzvləri ilə birlikdə doğulub böyüdüyü Privolnaya kəndində yaşayıb.

Hüquq-mühafizə orqanları  ağsaqqalın ölümünün səbəbini araşdırırlar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 102