Muəllif:

Rauf Mirqədirovun atası: “O, öz dövlətini, millətini sevən insandır»

Rauf Mirqədirovun atası prezident İlham Əliyevə müraciət edərək, dövlətə xəyanətdə ittiham olunaraq həbs edilən jurnalist oğlunun azadlığa buraxılmasını xahiş edib.ı 83 yaşlı Həbibulla Mirqədirov qeyd edir ki, onun oğlu hər zaman vətənpərvər olub və Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön sıralarında olub.

Xatırladır ki, Rauf Mirqədirov “Həsən bəy Zərdabi” jurnalist mükafatının laureatıdır, “İlin jurnalisti”, “Əməkdar jurnalist” adına layiq görülüb.

“O, öz dövlətini, millətini sevən insandır. İlk növbədə təmizdir, heç zaman Vətənə xəyanət etməyib və edə bilməz”, — deyə Həbibula Mirqədirov yazır.

“Cənab prezident, mən demirəm ki, Raufun səhvi olmayıb. Anası və mən dəfələrlə bunu ona söyləmişik. Elə məqalələr olub ki, biz təqdir etməmişik, onu məzəmmət etmişik. Lakin mən heç zaman Raufun təmiz niyyətli olmasına şübhə etməmişəm”, — ata yazıb.

Atası ümidvar olduğunu bildirir ki, dövlət başçısı Raufu azad edəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 172