Rauf Mirqədirov barəsində həbs qətimkan tədbiri seçildi
“Ayna» və «Zerkalo” qəzetlərinin əməkdaşı Rauf Mirqədirov barəsində həbs qətimkan tədbiri seçilib. Mirqədirov CM 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib. Mirqədirov ermənilərlə iş birliyində günahlandırılır. Onun Azərbaycan dövlətinin məlumatı olmadan Ermənistana səfər etdiyi və ölkədə bir sıra görüşlər keçirdiyi bildirilir.
Hüquq müdafiəçisi Elçin Behbudov isə Azərbaycan və Ermənistan arasında danışıqlar aparmaq səlahiyyətinin yalnız ölkə başçısına məxsus olduğunu deyib: “Bilirsiniz ki, ermənilər Azərbaycanın 20 faiz torpağını işğal edib və ölkələr arasında müharibə hələ bitməyib. Belə olan şəraitdə iki dövlət arasında danışıqları yalnız ölkə başçıları apara bilər”.
Behbudov yaxın günlərdə Mirqədirovla görüşəcəyini deyib. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib.Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist burada dövlətə xəyanətdə ittiham olunaraq həbs edilmişdir.