Muəllif:

Quzey Koreya diktatoru doğma dayısının bütün nəslini kəsib…

Eynilə tiran Stalinin dönəmində SSRİ-də olduğu kimi, bu gün cinayətkar kommunist rejimlərinin son qalıntısı sayılan Quzey Koreyada «xalq düşmənlərinin» bütün əsli-kökü məşhər ayağına çəkilir.  Son xəbərlərə istinadən,  Quzey Koreya liderinin dayısının bütün ailəsi edam olunub.  Quzey Koreyada ölkə rəhbərinin bir müddət əvvəl edam olunmuş dayısı Çan Son Txekin bütün ailəsi Kim Çen Inın əmri ilə məhv edilmişdir.

RİA Novosti xəbər verir ki, bu barədə Renhap xəbər agentliyi məlumat yayıb.  Bu barbarcasına rütləvi edama azyaşlı uşaqlar da daxil olmaqla Çan Son Txekin bütün ailə fərdləri məruz qalıblar.

Çan Son Txekin böyük bacısı Çan Qe Sun və onun əri — KXDR-in Kubadakı səfiri Çon En Çjin, Çan Son Txekin bacısı oğlu – Şimali Koreyanın Malayziyadakı səfiri Çan En Çxol və onun 20 yaşda olan övladları Te ren və Te Un hələ ötən ilin dekabrında Pxenyana çağırılaraq edam olunublar.

Çan Son Txekin iki qardaşı daha əvvəl xəstəlikdən vəfat ediblər, buna görə  kütləvi repressiyaya onun bacılarının ailələri (azyaşlı nəvələri də daxil olmaqla) məruz qalıblar. Çan Son Txekin müqavimət göstərməyə cəhd edən ailə fərdləri yaşadıqları evlərinin qarşısında, qonşuların gözü qabağında güllələdən keçiriliblər.

Quzey Koreyanın əli qanlı  rəhbərinin dayısının qan qohumları olmayan qadınlara ölüm cəzası şamil edilməyib.  Belə ki, Çan Son Txekin bacısı oğlu Çan En Çxolun həyat yoldaşı ailəsi ilə birlikdə ölkənin şimalına sürgün olunub.

Quzey Koreyada uzun müddət ikinci adam hesab edilən Çan Son Txek ötən ilin dekabrında dövlət çevrilişinə cəhddə müqəssir bilinərək edam edilmişdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 164