Muəllif:

Qurban Məmmədovun apellyasiya şikayətinə baxmaq istəməyiblər

 Demokratik Qüvvələrin Milli Şurasının üzvü, hüquqşünas Qurban Məmmədovun apellyasiya şikayətinə baxılması qeyri-müəyyən vaxta qədər təxirə salınıb.     Buna onun Bakı Apellyasiya Məhkəməsinin bugünki iclasında ilkin iclasın qərarından kassasiya şikayəti verməsi səbəb olub. Həmin iclasda onun bütün vəsatətləri, o cümlədən təkrar məhkəmə istintaqının keçirilməsi haqqında vəsatəti təmin edilməyib.

Xatırladaq ki, 6 dekabr 2013-cü ildə Bakının Nəsimi rayon məhkəməsi Məmmədovu 3 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə onu CM-in 263.1 (yol hərəkəti qaydalarının pozulması, sağlamlığa ziyan vurulmasına səbəb olduqda) və 299.1-ci (zərərçəkmişin ələ alınması) maddələri ilə təqsirli bilib.

Xüsusən, o, 2012-ci ilin seyntyabrında baş vermiş YNH-yə görə məsuliyyətə cəlb edilib. Məmmədov guya avtomobil gözətçisini vurub.

Müdafiə tərəfin məlumatına görə, YNH törədilməsində Məmmədovun təqsiri sübuta yetirilməyib.

YNH-də həmçinin başqa avtomobil və zərərçəkmiş iştirak edib – dayanacaq işçisi iki avtomobil arasında yıxılıb.

Vəkillərin sözlərinə görə, Məmmədov təhqiqatı və təqsirli şəxslərin müəyyən edilməsini gözləmədən insaniyyət naminə zərərçəmişə kömək edib.

Maraqlıdır ki, Məmmədov YNH-dən 10 ay sonra həbs edilib.

O hesab edir ki, onu DQMŞ-nin formalaşdırılması prosesində fəal iştirakı ilə əlaqədar həbs ediblər.

BAM-də ilkin iclasda Məmmədov bildirib ki, birinci instansiya məhkəməsində işə kobud qanun pozuntuları ilə baxılıb, hökmdə şahidlərin ifadələri təhrif edilib, videomüşahidə kameralarının görüntülərinə baxılmayıb. Lakin Məmmədovun vəsatətləri, o cümlədən təkrar məhkəmə istintaqı keçirilməsi haqqında vəsatəti təmin edilməyib (Turan).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 130