Muəllif: Redaksiya
Qızılları oğurlamış qadını yolda tutdular
Yevlax rayon sakini Zərdab rayon sakininin qızıl-zinət əşyalarını oğurlaya bilmişsə də, yolda yaxalanıb. Zərdabın Təzəkənd sakini Gülgəz Bəkirovanın evinə gələn, özünü dilənçi kimi qələmə verən Yevlax rayon sakini Mehriban Abışova ev sahibəsini aldadaraq onun qızıl-zinət əşyalarını götürüb.
Bəkirova faktla bağlı polisə müraciət edib. Rayon Polis Şöbəsinin əməkdaşları Mehriban Abışovanı taksi ilə yaşadığı Yevlax rayonuna gedərkən Ucarda saxlayıblar.
İndi polis Mehriban Abışova ilə bağlı analoji faktların olub-olmadığı araşdırılır.
Bölüm: Kriminal
Oxunma sayı: 146