Muəllif: Redaksiya
Qızıl Xaç Azərbaycanda saxlanılan erməni hərbi əsir və bir ailənin üzvü olan 5 mülki şəxslə görüşüb
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təmsilçiləri Azərbaycanda saxlanılan erməni hərbi əsir və bir ailənin üzvü olan 5 mülki şəxslə görüşüblər. BQXK Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın sözlərinə görə, başçəkmə dünən baş tutub. Saxlanılan şəxslərə ailə məlumatları ötürülüb, eyni qaydada ailə məlumatları alınıb.
Qeyd edək ki, ötən il avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.
Bundan başqa, Azərbaycanda Ermənistan vətəndaşı olan 5 mülki şəxs saxlanılır. Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Bu ailə böyük bir risk — öz əsgərlərinin yağdırdığı güllə yağışı altındda Ermənistandan qaçaraq Azərbaycana sığınıblar və onların üçüncü bir ölkəyə getmək arzuları hələlik reallaşmayıb.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 187