Muəllif:

Qız yalandan xəbərçilik etdi, 1,6 il müddət aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində yalandan xəbərçilik etməkdə təqsirləndirilən Günel Həsənova adlı şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hökmə əsasən,  Həsənova 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Həsənova DİN 102 xidmətinə zəng edərək bir nəfərin ona sataşdığını bildirib. Aparılan araşdırma zamanı hadisə yerində olan təhlükəsizlik kamerasındakı görüntülərə baxılıb və  Həsənovanın yalan danışdığı məlum olub. Qız CM 296-cı (bilə-bilə yalan xəbərçilik etmə) maddəsinə əsasən ittiham olunub. 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 231