Muəllif:

Qəzet köşklərində qəzetlər bir «küncə qoyulub», bura ədədi mallar dükanıdır

Bakıda qəzet köşklərində bir neçə krossvord, proqram və s. qəzeti çıxılmaqla normal ərzaq dükanından başqa bir şey deyil.  Paytaxt İH də bunu etiraf edir ki, yeni köşklər məhz qəzet satışı üçün nəzərdə tutulub — » Lakin, ticarətçilərin öz xərclərini ödəməsi üçün müəyyən hallarda ərzaq mallarının satışına da icazə verilir”. Heç bir «müəyyən hal» filan yoxdur, onlarda ədədi mallar satışı bir qaydadır ki var.

APA-ya açıqlamasında Bakı İH Ticarət və Xidmət Departamentinin rəisi Ramiz Hacıyev deyib ki, indiyədək paytaxta 200-ə yaxın köşk gətirilib və ehtiyac olarsa, yeni köşklərin gətirilməsi də istisna edilmir. Bunun qəzet yayımına bir köməyi dəyməyəcəyini isə biz qəzetçilər yaxşı bilirik. Bakı kimi bir şəhərdə qəzet   satışı «ölü» durumdadır. Bu bir reallıqdır, inanmayanlar gəzib bu köşklərdən bir neçəsinə göz gəzdirə bilərlər.

Hacıyev qəzet köşklərində ərzaq mallarının satılması haqqında deyilənlərə də münasibət bildirib: “Köşklərdə əsasən qeyri-ərzaq malları satılır ki, bu da ticarətçilərin kommunal və digər xərclərini ödəməsinə imkan yaradır. Bu qəzet köşküdür, ərzaq mağazası deyil. Lakin nəzərə alaq ki, bir qəzet köşkündə istifadə olunan işığın pulu təxminən 60-70 manatdır, qəzet satışından gəlir isə 50 manatdan yuxarı ola bilməz. Belə olan halda ticarətçilər yalnız qəzet satışı ilə öz xərclərini ödəyə bilmirlər. Bu baxımdan müəyyən hallarda onlara güzəştlər olunur. Eyni zamanda həmin köşklərdə əsasən qeyri-ərzaq malları satılır. Yəni xarab olma ehtimalı olan mallar satılmır”.

Əlbəttə, əsas məsələ «xarab olma ehtimalı olan mallar satıladığıdır”, heç kəs zəhərlənməz, amma qəzet…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 178