Muəllif:

Qərb: Soçi olimpiadaya hazır deyil

Türkiyə saytları Qərb mətbuatına isnadən Rusiyanın Soçi şəhərinin 204-cü il qış olimpiadasına hazırlığını yetərli saymır. İstər təhlükəsizlik, istər olimpiadaya hazırlıq işlərində çoxsaylı çatışmazlıqlar olduğu bildirilir. Ameriakdan nəzarət məqsədilə Soçiyə gələn nümayəndə heyəti açıqladığı raportda otellərin tikintisinin tamamlanmadığı, idmançıların qalacaqları otaqlarda çatışmazlıqlar aşkar ediblər.

Şərhərin olimpiadaya alayarımçıq hazırlandığı deyilən raportda Soçinin nəzərdə tutulduğu qədər də əyləncəli olmaması fikri yer alır.

Soçidəki otellərin bundan öncə də “əkiz tualetlər” qalmaqalı ilə dünya gündəminə oturması qeyd edilir, iki unitasın yan-yana olduğu, aralarında hər hansı arakəsmə olmadığı nəzərə çatdırılır.

Olimpiadanın açılışına saylı günlər qalsa da çempionata qatılacaq ölkələrin təhlükəsizlik narahatlığı davam edir.

Keçən ilin dekabrında Rusiyada iki ayrı-ayrı terror aktında 60-dan çox insanın həyatını itirməsindən sonra təşkilatçılar təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə qaldrıdıqlarını desələr də olimpiadaya qatılanların narahatlıqları davam etməkdədir.

Narahatlığın əsas nöqtəsi olan terror ehtimalından irəli gələrək olimpiadaya yüksək idmançı heyətilə qatılan ölkələr  özləri də təhlükəsizlik tədbiləri görürlər. ABŞ Beynəlxalq Terrorla Mübarizə Mərkəzi Soçidəki qış olimpiadasında terror təhdidlərinə dair raportunda təhdidlərin artdığını bildirir. Narahatlığa yol açan əsas nöqtənin isə yarışların keçirildiyi ərazidən kənarda qalan məhəllələrdə terror aktı ola bilməsidir (Turan).       

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 127