Muəllif:

Qərb Krım referendumunun nəticələrini tanımayacaq

 Fransa prezidenti Fransua Olland bəyan edib ki, Qərb Krım referendumunun nəticələrini tanımayacaq. Onun sözlərinə görə, Krımda referendum yalnız Kiyevdəki mərkəzi hökumət tərəfindən keçirilə bilər.

“Ukraynanın suverenliyi və ərazi bütövlüyü müzakirə oluna bilməz. Sərhədlərin dəyişdirilməsi, ölkələrin ərazi bütövlüyünün pozulması kimi presedentlər arzuolunmaz nəticələrə gətirib çıxara bilər”, — deyə Olland bildirib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 107