Muəllif: Redaksiya
Qənirə Paşayevadan cəbhə bölgəsində yaşayanlar üçün bi neçə məntiqi təklif
Milli Məclisinin bu günkü iclasında deputat Qənirə Paşayeva cəbhə bölgəsində yaşayan əhalinin faktik atəş altında olduğunu əsas gətirərək onların rifahı üçün bir neçə təklif səsləndirib:
“Əlbəttə, ordu düşmənə layiqincə cavab verir. Ancaq bu gərginlikdə yaşayan uşaqlarla digər rayonda yaşayanlar arasında fərq var. Təklif edirəm ki, bu bölgələrdə yaşayan tələbələr ödənişdən azad olunsun. Digər məsələ bu bölgədən olanların kommunal xərclərdən azad olunmasını istərdim. Daha sonra isə həmin ərazilərdə iş yerləri açanların vergidən azad olunmasını və digər bu kimi güzəştlərin tətbiq olunmasını təklif edirəm”.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 154