Muəllif: Redaksiya
Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış Kompleksinin birinci mərhələsi açıldı
Bu gün Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da törəndə iştirak ediblər. Kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xətti tam inşa olunub, on xizək yolundan beşində inşaat işləri başa çatıb. Digər işlər isə mərhələli şəkildə həyata keçirilir. Bu qış mövsümündə kanat xətlərində gəzinti, xizəklə sürüşmək və iaşə obyektlərinin xidmətlərindən istifadə etmək mümkün olacaq. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılıb. Ümumiyyətlə, istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, otel və digər xidmətlərdən istifadə etməyə imkanlar verir.
Prezidentə kompleksin yönləndirici planı və ikinci mərhələ çərçivəsində görüləcək işlər barədə məlumat verilib.
Sonra prezident və xanımı kompleksin “Riverside” kanat xəttinin aşağı stansiyasında olublar. Burada turistlərin istirahəti üçün hər cür şərait yaradılıb, xizəklərin satışı və kirayəsi xidmətlərini göstərən ayrıca bölmə qurulub. Bundan əlavə, ərazidə idman malları mağazası və kafe də fəaliyyət göstərir.
Bölüm: Idman
Oxunma sayı: 806