Muəllif: Redaksiya
Qazaxda yanacaqdoldurma məntəqəsinə basqın edən uzağa gedə bilmədi
Azərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın edilib, lakin basqınçı uzağa gedə bilməyərək yaxalanıb . DİN saytına istinadən, martın 30-da Qazax şəhərindəki “Azpetrol LTD”-yə məxsus yanacaqdoldurma məntəqəsinə “Volkswagen” markalı avtomobildə gəlmiş naməlum şəxs orada işləyən Həsən Nəbiyevə zor tətbiq edərək 280 manatını alıb.
Qazax polisinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Quba rayon sakini Mürvət Ağaməmmədov yaxalanıb.
Bölüm: Kriminal
Oxunma sayı: 132