Muəllif: Redaksiya
Qaz infrastrukturunu Azərbaycan və NATO birgə qoruyacaqlar
Xəzər yataqları və Avropa arasında qaz kəmərinin təhlükəsizliyinin təminatı gələcəkdə NATO-Azərbaycan əməkdaşlığının mühüm istiqamətlərindən biri olacaq. Bu barədə yanvarın 15-də Brüsseldə keçirilən birgə mətbuat konfransında NATO-nun baş katibi Anders Foq Rasmussen və Azərbaycan prezidenti İlham Əliyev bildiriblər.
Qeyd etmək lazımdır ki, artıq Avropa məkanında Azərbaycan qaz kəməri infrastrukturu kimi formalaşıb, bu, Gürcüstan və Türkiyə ərazisindən keçir və ildə bu kəmərlə 5 mlrd. kubmetr qaz nəql olunur.
“Şahdəniz” yatağından ildə 30 mlrd. kubmetrədək qazın nəqli üçün 2018-ci ilədək kəmər genişləndiriləcək.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 117