Qatil 12 il gizlin yaşadısa, yaxalandı və məhkəmə qarşısında dayandı
Bu adam 12 il gizlin yaşadısa, ən sonda yaxalandı, qoluna qandal taxıldı, Bakıya gətirildi və indi məhkəmə qarşısında dayandı. Dünyamız o qədər kiçilib ki, nə qədər uzağa qaçsan da, nə qədər qeyri-leqal yaşasan da bir gün yaxan ələ keçir və əməllərinə görə cavab verməli olursan. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölkənin hüquq-mühafizə orqanları tərəfindən 12 il beynəlxalq axtarışda olan Nadir Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı isə martın 4-nə təyin edili.
Nair Mehdiyev Qazaxıstanda həbs edilib və ekstradisiya olunub. 45 yaşlı Mehdiyev Nadir Mikayıl oğlu 2001-ci ildən axtarışda imiş. Sifarişlə Ceyhun Şirinovu öldürməkdə təqsirli bilinir. Bu barədə İnterpolun saytında da məlumat yerləşdirilib.
Azərbaycan DİN və Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Mehdiyev Qazaxıstanın başkəndi Astanada saxlanılıb. CM 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən suçlanır.