Muəllif:

Qarabağı görmədən Qarabag haqqında…

Tanınmış jurnalist, Park Bulvar AVM-in piar-meneceri Günay Malikqızı kitab yazıb. Nəşr  “Yadda çıxmaz Qarabağ” adlanır. Qeyd edək ki, bu onun ilk kitabıdır. Müəllif bildirib ki, nəşrdə kiçik yaşlarında doğma torpaqlarından didərgin düşmüş, qaçqın və məcburi köçkün taleyi yaşamağa məhkum edilmiş gənc nəsil Qarabağı görmdən Qarabağ haqqında bildiklərini dilə gətiriblər:

“Bu hekayələr kitab şəklində çap olunub. Kitab  Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qaçqın və məcburi köçkün gənclər arasında mənəvi bağların qorunub saxlanmasına və və inteqrasiyanın gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində nəşr olunub”.  

Məlmat üçün bildirək ki, yanvarın  17-də saat  12.00-da Park Bulvar AVM-də Tusi Bohm Planitariumda kitabın təqdimatı keçiriləcək.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 390