Muəllif:

Qaqauziya da Rusiyaya üz tutur: Moskva onların referendumu müsbət qiymətləndirilib

Rusiya Dövlət Dumasında cari ilin fevralında Moldovanın Qaqauziya bölgəsində (rəsmi adı Qaqauz Yeri Muxtar Bölgəsi -)  keçirilmiş “xarici müqəddəratı təyin etmə” referendumu müsbət qiymətləndirilib. Rusiya deputatları onu “tamamilə vaxtında keçirilmiş” və Qaqauziya siyasi sisteminin yetkinliyini nümayiş etdirən referendum hesab edir, bu barədə Dövlət Dumasının rəsmi saytındakı məlumatda deyilir.

“Biz fevralın 2-də keçirilmiş referendumu tamamilə vaxtında atılmış addım hesab edirik, plebisitdə suallara çıxarılmış ifadələrə təqdirimizi bildirmək istəyirik”, deyə Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Slutski Qaqauziya nümayəndə heyəti ilə görüşdə bildirib.

O, Rusiyanın beynəlxalq hüquq normalarına riayət edərək, Qaqauziya ilə tərəfdaşlıq münasibətlərini genişləndirməyə və zəruri dəstəyi göstərməyə hazırdır.

Qaqauziya xalq yığıncağının (Xalk Topluşu) sədri Dmitri Konstantinov da RF ilə əməkdaşlığın əhəmiyyətinə diqqət çəkərək, rus dilinin muxtariyyət daxilində ünsiyyət üçün qaqauz dilindən sonra ikinci dil olduğunu vurğulayıb.

Turanın xəbərində daha sonra deyilir ki, öz növbəsində, Qaqauz Yeri başkanı Mixail Formuzal rus müəssisələri üçün 5 il ərzində vergi tətili vəd edib. O, muxtariyyətin Rusiya ilə enerji sahəsində əməkdaşlıq quracağına da ümid etdiyini bildirib.

Formuzal çıxışının sonunda Qaqauziyanın inzibati mərkəzi olan Komrat şəhərində RF konsulluğu açmağı təklif edib. Onun fikrincə, bu, dövlətlərarası əlaqələrin daha çox möhkəmləndirilməsinə şərait yaradacaq.

Qaqauz Yerindəki referendumda iştirakçıların əksəriyyəti Gömrük İttifaqına daxil olmağın və Rusiyanın tərkibinə daxil olmağın lehinə səs veriblər.

Ukrayna hadisələri və Krımın işğalı fonunda Qaqauziyada Kişinyovdan müdafiə üçün ordu formalaşdırmağa başlandığı elan edilib. Çərşənbə axşamı Qaqauziyanın rəsmi saytının yaydığı məlumata görə, “yaşayış məntəqələrində Xalq Qvardiyasının fəaliyyətinə hazırlıq üzrə işi fəallaşdırılır. Xalq Qvardiyasının fəaliyyətinə hazırlıq işləri iki həftə ərzində həyata keçiriləcək”.

Xatırladaq ki, qaqauzlar xristianlığa sitayiş edən türkdilli xalqdır. Qaqauz Yerində onların sayı təxminən 130 min nəfər təşkil edir.

Moldovada separatizmin daha bir ciddi mənbəyi 1992-ci ildə müharibə zamanı rus qoşunlarının köməyi ilə işğal edilmiş və o vaxtdan Moskvanın dəstəyi sayəsində mövcud olan  Pridnestrovye (Trans-Dnestr) bölgəsidir.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 375