Muəllif: Redaksiya
Qanuni oğru Aqas Adamyanın başlıca peşəsi dələduzluq imiş
Moskvnın məşhur Lefortovo təcridxanasından yeni buraxılan qanuni oğru Aqas Adamyan öz vətənində təyyarədən düşərkən yenidən həbs edilib. “Zvartnost” hava limanında yerə enən Krasnoyarsk-İrəvan təyyarəsini Ermənistanın hüquq mühafizə orqanlarının əməkdaşları mühasirəyə alıblar. Cinayətkar aləmdə “Aqas Erevanski” kimi tanınan Adamyana çantalarını belə götürməyə imkan verməyiblər. “Qanuni oğru”nun qoluna qandal vurub nazirliyə gətiriblər. Qeyd edək ki, 1972-ci il təvəllüdlü Adamyan 2007-ci ildən məhkum həyatı yaşayır. Erməni mətbuatının yazdığına görə, saxlanılan “qanuni oğru” 2003-ci ildə etibardan sui-istifadə etməklə külli miqdarda dələduzluq etməkdə ittiham olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Bölüm: Kriminal
Oxunma sayı: 126