Muəllif:

“Qanun” Nəşriyyatı 150 min manat cərimə olunub

“Aparılan vergi yoxlamalarının nəticəsi olaraq “Qanun” Nəşriyyatı 150 min manat cərimə olundu. Vergilər Nazirliyi Vergi Cinayətlərinin ibtidai Araşdırılması Departamentində cinayət işi başlanıb”. Bunu APA-ya açıqlamasında “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib.

Onun sözlərinə görə, eyni zamanda bu gün 1 saylı Bakı inzibati-iqtisadi məhkəməsinin hakimi Elçin Məmmədov “Qanun” Nəşriyyatının iddasını təmin etməmək barədə qərar çıxarıb.

Xuduoğlu əlavə edib ki, əvvəlcə Apellyasiya Məhkəməsinə, daha sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.

Noyabrın 1-də vergi qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə nazirliyin Vergi Auditi Departamenti tərəfindən “Qanun” Nəşriyyat Evində vergi yoxlamasına başlanılmışdı. 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 202