Muəllif: Redaksiya
Qanlısının oğlunu qisas məqsədilə öldürdü
Martın 24-də səhər saatlarında Zabrat qəsəbəsində, 307 saylı orta məktəbin qarşısında ov tüfəngi ilə 20 yaşlıYaqub Rabil oğlu Musayevi öldürən, 23 yaşlı Pərvin Cahid oğlu Mehdiyevi isə yaralayan Kamil Fərəcov ötən gecə Ağsu rayonunda saxlanılıb. Ondan hadisə zamanı istifadə etdiyi ov tüfəngi də maddi sübut kimi götürülüb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Hadisəni törətməkdə şübhəli bilinən Kamil Fərəcov qətlə yetirdiyi Yaqub Musayevin atası Rabil Musayev tərəfindən iki il əvvəl bıçaqlanıb. O hadisədə Rabil Musayev Kamil Fərəcovun qardaşı Rafael Fərəcovun boğazına bıçaq çəkərək öldürüb.
Kamil Fərəcov da qisas almaq məqsədi ilə Rabil Musayevin oğlunu vurub öldürüb…
Bölüm: Kriminal
Oxunma sayı: 155