Muəllif:

Qadın iki epizodda ölümsaçan bıçadan qurtarıb, üçüncüdə…

Bakı Ağır Cinayətlər Məhkəməsində qisqanclıq zəminində qardaşı arvadını öldürməkdə təqsirli bilinən Rəfael Quliyevin məhkəməsi başa çatıb. Rəfael ötən il mayın 25-də qardaşı arvadı Əzəmət Quşliyevanı öldürüb.

Hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.  Rəfael Quliyev qardaşı arvadının başqa-başqa kişilərlə könül əyləncəsi keçirməsini öyrənib. Buna görə də qardaşı arvadını öldürmək qərarına gəlib. Rəfael Quliyev qardaşı arvadını bıçaqlayaraq öldürüb.

Bundan əvvəl Əzəmət Quliyeva iki dəfə ölümlə üz-üzə gəlib. Onu ilk dəfə qardaşı, sonra isə həyat yoldaşı bıçaqlayıblar. Ancaq Əzəmət Quliyeva hər dəfə ölümün pəncəsindən xilas olub. Buna görə də Əzəmətin həm qardaşı, həm də həyat yoldaşı həbsxana həyatı yaşayırlar. Lakin Rəfaelin vurduğu zərbələr isə Əzəmət Quliyevanın sonu olub. Yaşadığı evdə çoxsaylı bıçaq zərbələri alan Əzəmət canını tapşırıb. Rəfael Quliyev əvvəllər də bir neçə dəfə narkotik cinayəti üstündə məhkumluq həyatı yaşayıb.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Rəfael Quliyevin barəsində ittiham hökmü çıxarılmayıb. Səbəb isə Rəfael Quliyev cinayəti törədərkən anlaqsız olması olub. Buna görə də məhkəmə Rəfael Quliyevin barəsində məcburi müalicə təyin olunub. O, müalicə alması üçün 1 saylı Ruhi Əsəb Dispanserinə göndərilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 192