Muəllif:

Qabriel Qarsiya Markes həyata gözlərini yumdu

Nobel mükafatı laueratı, Kolumbiya yazıçısı Qabriel Qarsiya Markes (Gabriel Garcia Marquez) 87 yaşında Meksikada vəfat edib. Yazıçı pnevmoniyadan əziyyət çəkirdi, bir müddət öncə xəstəxanaya da yerləşdirilmişdi.

Qabriel Qarsiya Markes 1928-ci ildə Kolumbiyanın Arakataka şəhərində doğulub. 18 yaşında Sipariki internatında oxuduğu vaxtlarda ilk dəfə yazmağa başlayıb. 1950-ci ildə hüquq fakültəsində təhsilini yarımçıq buraxıb özünü bütövlükdə ədəbiyyata və jurnalistikaya həsr etmək qərarı verib.

Beləliklə, ən böyük romanı olan, 16 il sonra «Yüz ilin tənhalığı» adlanacaq «Ev»i yazmağa başlayıb.

«Gözlənilən bir qətlin qısa tarixçəsi», «Palkovnikə məktub yoxdur», «Patriarxın payızı», «Vəba dövründə məhəbbət» və başqa əsərlərin müəllifidir.

1982-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı alan yazıçı maqik realizm cərəyanın yaradıcılarından hesab olunur.   Bir sıra əsərləri Azərbaycan türkcəsinə tərcümə olunmuşdur

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 224