Muəllif: Redaksiya
Qabriel Qarsia Markes sətəlcəm olub və xəstəxanaya aparılıb
Nobel mükafatı laureatı, dünya şöhrətli yazıçı Qabriel Qarsia Markes xəstəxanaya yerləşdirilib. Anadolu Agentliyinin xəbərinə görə, 87 yaşlı yazıçı sətəlcəm olub. Məsələ ilə bağlı Kolumbiyanın Meksika səfiri Xose Qabrile Ortis açıqlama verərkən bildirib ki, yazıçının sağlamlığı üçün təhlükə yoxdur: “Sadəcə, qrip olub. Ağciyərində iltihab prosesi başlamasın deyə, hər ehtimala qarşı onu xəstəxanaya yerləşdiriblər”.
Azərbaycan romansevərləri arasında da populyar olan Markes Nobel mükafatına 1982-ci ildə layiq görülüb. XX yüzilin ən böyük romançılarından sayılan yazıçının “Yüz ilin tənhalığı”, “Patriarxın payızı”, “Polkovnikə məktub yoxdur” və s. əsərləri dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan türkcəsinə çevrilib.
Bölüm: Mədəniyyət
Oxunma sayı: 176