Muəllif:

Putin Krım tatarlarının reabilitasiyası ilə bağlı fərman imzalayacaq

Krım tatarlarının reabilitasiyası ilə fərman hazırlanır. Canlı yayımda vətəndaşların suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Krım tatarları Stalin repressiyalarından çox əziyyət çəkiblər və qeyd edib ki, Krımın Rusiya Federasiyası tərkibinə daxil olması prosesi Krım-tatar xalqının haqlarının bərpası ilə paralel aparılmalıdır.

XVIII əsrdə Krım Rusiya imperiyasına birləşdirilərkən II Yekaterinanın Krım tatarlarının hüquqlarına hörmətlə yanaşılmasını nəzərdə tutan fərman imzaladığını xatırladan Rusiya prezidenti bu siyasətin davam etdiriləcəyini vurğulayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 86