Muəllif:

Putin Dnestryanı separatçılarına cəsarət verdi: “İmkan verilməlidir ki, Dnestryanı əhalisi taleyini özü həll etsin”

Putin Dnestryanı separatçılarına cəsarət verdi. Rusiya prezidenti aşıqca deyib ki,  imkan yaratmaq lazımdır ki, Dnestryanı bölgədə yaşayan əhali taleyini özü həll etsin.

Canlı yayımda vətəndaşların suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin  Dnestryanı probleminin mürəkkəb olduğunu bildirməklə, orada çoxlu sayda rusiyalıların yaşadığını və onların əksəriyyətinin Rusiyaya meyilli olduğunu vurğulayıb.

“Onların öz taleləri barədə öz düşüncələri var. Demokratiya onlara istədikləri kimi yaşamaq hüququ verir. Moldova, Dnestryanı ilə danışıqları davam etdirmək lazımdır. Dnestryanı bölgədən blokadanı aradan götürmək gərəkdir”, — deyə o qeyd edib.

Bəlli olduğu kimi Dnestryanı separatçıları birləşmək üçün Rusiyaya müraciəti ediblər. Kişinyovdan reaksiya özünü çox gözlətməyib. Moldova hökuməti Dnestryanı bölgənin Rusiya Federasiyasına müraciəti ilə bağlı bəyanat verib.

Moldovanın Azərbaycan səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda qəyd olunub ki, tanınmamış Dnestryanı respublikasının Ali sovetinin müraciəti Dnestryanı münaqişənin nizamlanması prosesinə və Moldovanın ərazi bütövlüyünə açıq təhdiddir.

Müraciətdə  o da vurğulanıb ki, Dnestryanı münaqişənin yeganə həlli yolu siyasi dialoqun davam etdirilməsindən keçir:

“Moldova hökuməti bu dialoqun davam etdirilməsində maraqlıdır. Biz beynəlxalq tərəfdaşlarımızı Dnestryanı münaqişənin nizamlanmasının davamı üçün koordinasiya olunmuş səylər göstərməyə çağırırıq. Həmçinin Rusiyadakı tərəfdaşlarımızı beynəlxalq hüquq normalarına əsaslanaraq dərhal reaksiya verməyə çağırırıq”.

 

 

 

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 120