Muəllif: Redaksiya
Pul aparan inkassator maşını qəzaya uğradı
Bu gün Bakı-Qazax yolunun Səngəçal qəsəbəsindən keçən hissəsində “Kapitalbank”a məxsus inkassator maşını qəzaya uğrayıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bu barədə Turan-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Öz növbəsində bankın mətbuat xidmətindən bildirilib ki, avtomobildə olan pul vəsaitlərinin təhlükəsizliyi təmin edilib.
Həlak olan şəxs Nağd Vəsaitlərin İdarə Edilməsi Departamentinin Mərkəzi kassasının baş kassiri, xəsarət alanlar isə inkassator və sürücüdür.
Avtomobil Biləsuvar rayonuna pul aparırmış. Qəzanın səbəbləri və aparılan məblğin həcmi açıqlanmır.
Bölüm: Xəbərlər
Oxunma sayı: 152