Muəllif:

Puhi xəstəxanadan qaçan sonuncu iki cani çətinliklə yaxalanıb

Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də Maştağada 1 saylı Ruhi Psixiatriya Xəstəxanasından qaçan Yusif Məhərrəmov və Tural Abbasov saxlanılıblar. Onlar paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisində ələ keçiblər. Saxlanılarkən polisə müqavimət göstərən bu şəxslərdən quldurluq etməkdə istifadə olunan müxtəlif qara markalar və soyuq silah götürülüb. Yusif Məhərrəmov ruhi xəstələrin xəstəxanadan qaçmasını təşkil edən şəxsdir.

 Noyabrın 15-də saat 06.15 radələrində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, CM 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov,  177-ci maddə ilə təqsirləndirilən Elvin Nəsrullayev,  181-ci maddə  ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları — polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar. Həmin gün Ruhi Psixiatriya Xəstəxanasında xidmətdə olan polis əməkdaşı, 1978-ci il doğumlu Rəşad Nurəddin oğlu Həsənov noyabrın 16-da özünü binadan ataraq intihar edib.

 Xəstəxanadan qaçan digər iki nəfər — Elvin Nəsrullayev və Razim Hacıyev isə bir müddət əvvəl saxlanılıblar.

 Bu qədər  qəddar və hiyləgər damların həmin xəstəxanaya necə olub düşdükləri sual doğurur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 133