Muəllif:

Prokuror NİDA fəallarınа 6,5-8,5 il cəza istəyir

Cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA hərəkatı fəallarının işi üzrə prosesdə gözlənilən prokuror çıxış edib. İclasın əvvəlində hakim Cavid Hüseynov iki sənədi oxuyub və sübutların araşdırılmasının başa çatdığını bildirib. Praktikaya zidd olaraq prokuror Neymət Əvəzov çıxışın hazırlanması üçün vaxt istəməyib və ittihamnamə ilə çıxış edib. O, müttəhimlərin ittihamnamənin bütün bəndləri ilə təqsirli bilinməsini və Zaur Qurbanlı, Rəşadət Axundov və İlkin Rüstəmzadənin 8,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Rəşad Həsənov, Bəxtiyar Quliyev, Məmməd Əzizovun 8 il, Üzeyir Məmmədlinin 7,5 il, Şahin Novruzlunun 6,5 il azadlqdan məhrum edilməsi istənilib.

Prokurorun çıxışından sonra Rəşad Həsənov ona replika hüququndan istifadə imkanlarının verilməsini xahiş edib, lakin hakim imtina edib.

Bundan sonra R.Həsənov bildirib ki, müttəhimlər həbsi qanunsuz hesab edirlər və prokurorun çıxışına etiraz olaraq müddətsiz aclıq aksiyasına başlayacaqlar.

“Azad olunana qədər aclığı davam etdirəcəyik”, — o vurğulayıb. Növbəri iclas aprelin 22-nə təyin edilib.

Vəkil Fariz Namazlı prokurorun çıxışını şərh edərkən bildirib ki, məhkəmə istintaqı müttəhimlərin günahını sübuta yetirməyib.

“Bu, siyasi prosesdir. Lakin prokuror heç olmasa Quliyev və Rüstəmzadənin üzərində “xuliqanlıq” maddəsi üzrə ittihamı  (Harlem Shake fleşmobu ilə əlaqədar) götürməlidir, çünki bunun heç saxta ittihamlara da aidiyyatı yoxdur”, — o qeyd edib.

8 müttəhim 2013-cü ilin mart-aprel aylarından həbs olunub. Onlar orduda qeyri-döyüş itkilərinə etiraz olaraq martın 10-da keçirilən aksiya zamanı kütləvi iğtişaşların təşkilində ittiham olunurlar. Onlara qarşı həmçinin qanunsuz partlayıcı və narkotik maddənin saxlanması ittihamı irəli sürülüb.  Amnesty International həbs olunanları “vicdan məhbusu” adlandırıb (Turan).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 100