Prezidentə müraciət: qanunvericilikdə edilən haqqsız dəyişikliklər dayandırılsın
Ümumdünya Sivil İştirak Hərəkatı (CİVİCUS), Sivil Hüquqların Müdafiəçiləri və Azərbaycan Sivil Cəmiyyətinin Müdafiə Komitəsi, 42 qeyri hökümət təşkilatlardan ibarət olan koalisiya, QHT-lərin fəaliyyətini nəzarət altına almaq məqsədilə Parlament tərəfindən Dekabrın 17-sində qəbul edilən dəyişikliklərin qüvvəyə minməsinin təsdiqlənməməsi üçün Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar. Bu qanun layihəsi hal-hazırda Prezident Administrasiyasında baxışdadır və hər an təsdiqlənmə ehtimalı vardır.
Dəyişikliklərə əsasən QHT-lərin hər üç aydan bir yenidən Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsinin tələb olunması QHT-lər üzərində dövlət nəzarətini və bürokratik əngəlləri gücləndirmək məqsədi daşıyır. Əlavə olaraq, əgər QHT-lər tələb olunan məlumatı təqdim etməsələr və ya yanlış məlumat versələr, o zaman həmin QHT-lərə tətbiq edilən cərimələrin miqdarı artırılaraq 2500-3000 AZN (3190-3830 ABŞ Dolları), və QHT-nin rəhbərliyi isə 1000-2000 AZN (1280-2560 ABŞ Dolları) məbləğində cərimə olunacaqdır.
Vətəndaş cəmiyyəti qrupları həddindən artıq narahatdırlar ki, yeni dəyişikliklər Azərbaycan hakimiyyətinin fəaliyyətinə qarşı çıxan təşkilatların ədalətsiz şəkildə cərimələnməsinə, onların qeydiyyata alınmamasına və bağlanmasına rəvac verəcəkdir. Vətəndaş cəmiyyəti qrupları qeyd edirlər ki, eyni taktika ilə İnsan Hüquqları Fondunun Azərbaycandakı nümayəndəliyi olan Azərbaycan İnsan Hüquqları Evinin fəaliyyəti 2009-cu ildə QHT-lərlə bağlı qəbul edilmiş Qanunu pozmaqda ədalətsiz şəkildə ittiham edilərək onun fəaliyyəti və qeydiyyatı 10 Mart, 2011-ci il tarixli qərarla müvəqqəti olaraq dayandırılmışdır. Eyni yolla insan haqqları və yardım məqsədilə yaradılmış digər vətəndaş cəmiyyəti qurumları, məsələn “İnsan Haqları Klubu” və “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” bir neçə dəfə qeydiyyat proseslərini tamamlamaq üçün müvafiq dövlət orqanlarına müraciət etsələr də onların bu istəkləri öz müsbət təsdiqini tapmamışdır.
Mövcud olan dəyişikliklərin başında 2013-cü ilin Martında QHT-lərlə bağlı qanuna onların beynəlxalq donorlardan alacağı yardımı məhdudlaşdırmağı özündə əks etdirən inzibati tələblər durur. Sözügedən dəyişikliklər CİVİCUS-un 2013-cü ilin Sentyabrında qəbul etdiyi bəyanatda sərt şəkildə tənqid olunur və Azərbaycan hökumətini vətəndaş cəmiyyəti təşkilatları ilə bağlı ölkənin qanunvericilik çərçivəsinə edilən məhdudlaşdırıcı dəyişiklikləri ləğv etməyə səsləyir.
Yuxarıda adları çəkilən vətəndaş cəmiyyəti təşkilatları QHT-lərin fəaliyyətini daha da məhdudlaşdırma və onları hökumət nəzarətinə daha da çox salma cəhdlərindən öz hədsiz narahatlıqlarını ifadə edirlər. Onlar cənab Prezident İlham Əliyevi bu əlavələrini imzalamamağ çağırırlar.
Qeyd: Azərbaycan Sivil Cəmiyyətinin Müdafiə Komitəsi 2009 ildə yaradılıb və 2013 ilin sonunda sivil cəmiyyəti üçün daha əlverişli şərait yaratmağının irəlilətməyi məqsədilə bərpa olunub. Komitə müxtəlif sahədə çalışan Azərbaycan QHTlərdən ibarətdir.
CIVICUS 1993-cü ildə təsis edilib və dünyada, xüsusilə də iştiraklı demokratiyanın və vətəndaşların birləşmə azadlıqlarının pozulduğu ölkələrdə vətəndaş cəmiyyətinin və vətəndaş fəaliyyətinin gücləndirilməsinə yardım göstərir..
Sivil Hüquqların Müdafiəçiləri 1982 ildə İsveçdə yaradılıb. Müstəqil beynəlxalq ekspert təşkilatıdır, hansı ki sivil və siyasi hüquqlarını dünya miqyasında müdafiə edir və riskli şəraitdə çalışan hüquq müdafiəçilərə dəstək verir.