Muəllif:

Prezidentdən ağackəsənlərə son xəbərdarlıq: onlar məsuliyyətə cəlb edilməlidir

Prezident İlham Əliyev ağacları kəsənlərin məsuliyyətə cəlb olunacağını bildirib. “Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər” — prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin iclasında bildirib.

“Ekologiya ili” hər il olmalıdır. Çünki ekoloji mühit, xüsusilə Bakı və Abşeron yarımadası üçün əsas məsələlərdən biridir. Azərbaycanda artıq 200 ilə yaxındır ki, neft hasilatının  aparılır ki, bu neftlə çirklənmiş gölməçələrin əmələ gəlməsinə səbəb olub”, — dövlət başçısı vurğulayıb.

“Göstəriş vermişəm ki, orada, o buruqların arasında ağacəkmə kampaniyası da başlasın. Biz oranı yaşıllıq zonaya çevirməliyik. Şəhərin mərkəzində yod zavodu fəaliyyət göstərirdi. Sonra fəaliyyəti dayandırılıb. Ancaq orada qalan o yod çöküntüləri ətraf mühitə nə qədər böyük ziyan vururdu. Biz oranı da təmizlədik, o məsələ də ən yüksək səviyyədə öz həllini tapıb”, — İ.Əliyev bildirib.

O bildirib ki, ağac kəsənlər məsuliyyətə cəlb edilməlidir. “Bu, mənim son xəbərdarlığımdır”, — dövlət başçısı vurğulayıb.

Prezident xatırladıb ki, apreldən Azərbaycan “Avro-4”standartına keçib ki, bu da avtomobillərin çirkləndirdiyi havanın tərkibini xeyli yaxşılaşdıracaq» (Turan).

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 96