Prezident qrantlar və QHT-lərin fəaliyyəti ilə bağlı qanunlara dəyişiklikləri təsdiq etdi
Prezident İlham Əliyev fevralın 3-də “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qrantlar haqqında” qanunlara, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiq edib. Dəyişikliklər dəqiqləşdirici xarakter daşıyır və qrantların müvafiq icra hakimiyyəti orqanında mütləq qeydiyyatını, qrant müqaviləsinin etibarlı olduğu müddətin, məqsədlərin, məbləğin göstərilməsini tələb edir. Dəyişikliklər resipientin hüquqi statusunda və fəaliyyətində dəyişikliklər haqqında icra hakimiyyəti orqanına vaxtlı-vaxtında məlumat verilməsini tələb edir.
İnzibati Xətalar Məcəlləsində xüsusən QHT-lərin fəaliyyətində pozuntulara, qeydiyyatdan keçməmiş QHT-lərin fəaliyyətinə görə cərimə məbləğləri artırılıb, qanunvericilik pozulduğu təqdirdə QHT-lərin qeydiyyatının dayanırılması haqqında sərtləşdirici normalar tətbiq edilib.
Parlament qanunverici dəyişiklikləri dekabrın 17-də qəbul edib.
QHT-lər prezidentə fəaliyyətlərini çətinləşdirə biləcək bu dəyişiklikləri imzalamamaq çağırışı ilə müxtəlif aksiyalar keçiriblər.
Ümumilikdə parlament qanunlara 8 əlavə və 50 dəyişiklik tətbiq edib.
Nazirlər Kabinetinə üç ay ərzində normativ aktları qanunverici dəyişikliklərə uyğunlaşdırmaq tapşırılıb, icra orqanlarına qanunların həyata keçirilməsi üzrə normativ aktların hazırlanması üçün 5 ay müddət verilib.
Qanunvericiliyə dəyişkliklərin QHT-lərin şəraitini pisləşdirəcəyi barədə fikirlər var. Bəzi düşüncələrə görə, QHT-lərin fəaliyyətilə bağlı qanunvericiliyə edilən düzəlişləri təsdiqləməsi ictimai birliklərin fəaliyyət şəraitini pisləşdirəcək və müstəqil vətəndaş cəmiyyəti institutlarını zəifləməsinə yönəldilib.
“Art of Democracy” hüquq-müdafiə kampaniyasının əlaqələndiricisi Rəsul Cəfərov bu rəyini Turana bildirib ki, dəyişkliklər inzibati nəzarəti gücləndirmək və QHT-lərə qarşı maliyyə sanksiyalarını sərtləşdirmək məqsədi güdür. Belə ki, artıq hansısa texniki səhvə görə QHT bir neçə min manta qədər cərimə edilə bilər. Bundan əlavə, ədliyyə nazirliyi maliyyə və vergilər nazirliyini də cəlb etməklə QHT-lərin cari fəaliyyətini yoxlamaq hüququ əldə edib.
Dəyişkliklər qrantların qeydə alınmasına da toxunub. Bundan sonra qeydə alınmamış QHT-lər faktiki olaraq qrant almaqdan məhrum edilirlər. Qeydə alınmamış QHT rəhbəri qarnt müqaviləsini hətta fiziki şəxs olaraq belə imzalamaq və qeydə almaq hüququndan məhrum olunur deyə R.Cəfərov qeyd edib.
Bununla yanaşı QHT-lər, xarici QHT-lərin filila və nümayəndəlikləri də daxil olmaqla ədliyyə nazirliyini öz idarəetmə orqanınının şəxsi heyəti barədə məlumatlandırmalıdır.
Xarici QHT-lərin filial təmsilçiləri Azərbaycanda daimi yaşamaq hüququ əldə etməlidir.
Xarici QHT-lərin fəaliyyətilə bağlı müqavilə konkret müddətə imzalanacaq. Xarici QHT-lərin ictimia birliklərə inaələri üçün məhdudiyyətlər şamil edilir. Əvvəl qayda belə idi ki, QHT nəqd olaraq 200 manatdan çox ianə qəbul edə bilməzdir.
QHT-lərin fəaliyyətinə xitam verilməsinə əsas kimi ədliyyə nazirliyinin göstərdiyi nöqsanların aradan qaldırırlmaması və QHT üzvlərinin hüuqularının pozulması ola bilər.
Bundan əlavə, QHT faktiki ünvanını dəyişdirdikdə belə ədliyyə nazirlyini məlumatlandırmalıdır.
Əvvəllər isə bu qayda ancaq hüquqi ünvana aid edilirdi.
“Hüquq və İnkişaf” ictimai birlyinin rhəbəri Hafiz Həsənovun fikrincə, bu dəyişkliklər qeydə alınmayan QHT-lərin fəaliyyətini çətinləşdirəcək.
O, QHT-lərin cərimələnməsi üçün nəzərdə tutulasn məbləğləri “fantastik” adlandırıb. Eyni pozuntulara görə QHT-lər kommersiya hüquqi şəxslərindən daha çox cərimə ödəyəcək.
H.Həsənova görə, dəyişikliklərdən həm də QHT-lərin fəaliyyəti üzərində nəzarəti gücləndirmək üçün istifadə edilə bilər (Turan).