Muəllif:

Prezident Admistrasiyasının başçısı Klyuyevə qarşı Vyanada cinayət işi açıldı

Deyəsən, Ukraynada hakimiyyətdən qovulan siyasilərin hamısı oğru imiş və onların əksəriyyəti barmaqlıq arxasında oturmalı olacaq.  Artıq Prezident Admistrasiyasının başçısı Andrey Klyuyevə qarşı Vyanada cinayət işi açılıb. Təhqiqat 2 maddə üzrə gedir: «çirkli pulların yuyulması» və «hakimiyyətdən sui-istifadə».  Azadlıq radiosunun xəbərinə görə, təhqiqatı prokurorluğun iqtisadi cinayətlər və korrupsiya ilə mübarizə departamenti aparır.

Birinci maddəyə gprə 1 ildən 10 ilə qədər, ikinci maddəyə görə altı aydan 5 ilə qədər cəza nəzərdə tutulur.  Deyilənə görə, Klyuyev indi haralardasa gizlənən «qaçaq prezident» Yanukoviçin yanındadır.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 160