Muəllif:

Polislər bu şəhərdə rep-konsertə imkan vermədilər…

Hüquq-mühafizə orqanları gənc repçi “Kabus”un fevralın 16-na “Vətən” kinoteatrında keçirilməsi planlaşdırılan “Ergenekon” adlı konsertinin keçirilməsinə imkan verməyiblər. Konsertin keçiriləcəyilə bağlı elanlar iki ay öncə verilsə də Nəsimi Rayon Polis idarəsinin 22 saylı bölməsinin əməkdaşları kinoteatra gələrək konsertə yasaq qoyublar. Yasağa əsas kimi «konsertin keçiriləcəyi haqda Polis İdarəsinə məlumatın verilməməsi» göstərilib.

Maraqli olan budur ki, Nəsimi Rayon Polis idarəsindən bu hadisədən xəbərsiz olduqları bildirilib, 22-ci polis bölməsinin əməkdaşlarının bu addımı niyə atdıqlarının səbəbini bilmədikləri söylənilib. “Vətən” kinoteatrından isə bu məkanda dəfələrlə konsertlərin keçirildiyini, amma belə halın baş vermədiyinı nəzərə çatdılrıblar.

22 saylı polis bölməsinin əməkdaşları çəkiliş aparmaq istəyən “axar.az” və “qaynar-info”, “kanal-13” İnternet televiziyalarının əməkdaşları ilə kobud rəftar edərək kameraları ələ keçirməyə çalışıblar.

Olayla bağlı açıqlama verən Milli Fikir Mərkəzinin (MFM) sədri Şəhriyar Məcidzadə insanların inamını itirdiyi dövlətə gənclər önündə inanc aşılamağa çalışdıqlarını deyib. “Biz etatizmi — dövlətçiliyi təbliğ edirik. Dövlətin qanunları beləmi işləyir? Haradan çıxıb «qapalı yerdə yığıncaq, konsert keçirmək üçün polisə müraciət etmək lazımdır» qanunu? Belə bir qanun varsa, iki ay müddətinə hər gün konsert xəbərini işıqlandırdığımız halda polis niyə bir gün qalmış xəbər tutur? Gənclərlə zorba yolunu tutmaqla dövlət quruculuğu olmur. Bizə maddi və mənəvi zərər dəyib, kim ödəməlidir bunu? Qanunsuzluq törədən şəxslərin cəzalandırılmasını tələb edirəm. Ya da açıqlasınlar ki, səbəb nədir? Buna görə aksiyalara başlayacağıq. Bizə məlumat versinlər» , — Ş.Məcidzadə mətbuata açıqlama verib (Turan). 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 142