Polisə gətirilən qadın dəhşətli cinayətin üstünü açıb
Kürdəmirdə ictimai qaydanı pozduqlarına və polisin tələblərinə tabe olmadıqlarına görə polis şöbəsinə gətitilmiş şəxslərin cinayət əməlləri müəyyən edilib. DİN saytına istinadən, yanvarın 21-də Şilyan kəndinin ərazisində rayon sakinləri Cabir Əhmədov, Ayaz Cəfərov və Gəncə şəhər sakini Könül Məmmədova ictimai qaydanı pozduqlarına və polisin tələblərinə tabe olmadıqlarına görə Kürdəmir Rayon Polis Şöbəsinə gətiriliblər.
Araşdırma zamanı Məmmədova yanvar ayının 11-də tanışı Rasim Fətəliyevlə birgə Ucar rayon sakini Siyarə Abdullayevanın evindən oğurluq etmələrini etiraf edib. Məmmədova sonrakı araşdırmalar aparılması üçün Ucar Rayon Polis Şöbəsinə təhvil verilib.
Ucar RPŞ-də Məmmədovanın tanışı Fətəliyevlə birgə Ucar rayon sakini Siyarə Abdullayevanın evindən üzərində 15 qızıl diş olan protezi və təqaüd kartını oğurlamaları, yanvar ayının 17-də Məmmədovanın cinayəti gizlətmək üçün Abdullayevanı boğaraq qətlə yetirməsi də müəyyən edilib.
Rasim Fətəliyev tutulub. Faktla əlaqədar cinayət işinin başlandığı xəbər verilir.