Polis Taksimdə yeni etiraz yürüşünü dağıdıb
İstanbulda polis etiraz aksiyasını gözyaşardıcı qaz və su şırnaqları ilə dağıdıb. İstanbulda polis baş nazir Rəcəb Tayyib Ərdoğanın istefasını tələb edən etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. İstanbulun Taksim meydanında təşkil olunan aksiyada 2 minədək etirazçı iştirak edib. Bir neçə etirazçı asayiş keşikçilərinə daş və fişəng atdıqdan sonra polis aksiyanı üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Bir neçə nəfərin saxlanıldığı bildirilir, deyə Anadolu Agentliyi xəbər verir.
Etiraz aksiyaları başkənd Ankarada, Antalya, Bursa, Mersin, Samsun və Eskişəhərdə keçirilib. Etiraz aksiyası internet istifadəçilərinə qarşı nəzarətin sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin əleyhinə çıxış edən siyasi partiyaların təmsiçiləri tərəfindən təşkil olunub. Hüquq müdafiəçiləri hesab edirlər ki, bu cür məhdudiyyətlər Türkiyədə əsas hüquq və azadlıqları təhlükə altına atır.